10-cu \"Junior Eurovision Song Contest\"də 7 ölkə iştirakını təsdiqləyib
Avropa Yayımları Birliyi (EBU) bu il dekabrın 1-də Amsterdamda keçiriləcək 10-cu \"Junior Eurovision Song Contest\"də (JESC) 16 ölkənin iştirakını gözləyir. SİA-nın məlumatına görə, builki müsabiqədə artıq 7 ölkə - Ukrayna, İsveç, Belarus, Belçika, Niderland, Rusiya və Ermənistan iştirakını təsdiqləyib.
10-cu JESC şousu Amsterdamda 4000 nəfərlik tamaşaçı tutumu olan \"HMH\" zalında keçiriləcək. Xatırladaq ki, Niderland müsabiqəyə artıq ikinci dəfədir ev sahibliyi edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB