Eurovision TV izləyicilərini bu dəfə Azərbaycanın sehirli rəngləri ilə tanış edib. Eurovision Mahnı Müsabiqəsinin sevincini paylaşan gənc rəssamlar sehirli və əlvan rənglər diyarından Eurovision ailəsinə salam göndərib.
Bakı Rəssamlıq Akademiyasının tələbələri Eurovision Mahnı Müsabiqəsinə dəstək olaraq Eurovision Mərkəzinin qarşısında rəsmlər çəkiblər. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, rəssamlar 5 saatadək davam edən aksiyada Eurovision mövzusuna dair müxtəlif rəsmlər işləyiblər. Dənizkənarı Milli Parkdakı xoş dəqiqələrlə dolu bu aksiya paytaxt sakinlərinin marağına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB