Rona Nişliu Rumıniyada tanıtım turundadır

Rona Nişliu Rumıniyada tanıtım turundadır
Albaniyanın \"Eurovision 2012\" təmsilçisi Rona Nişliu Monteneqrodan sonra Rumıniyada tanıtım turundadır. SİA-nın məlumatına görə, Buxarestdə olan Rona Nişliu ölkənin iki televiziya kanalında qonaq olacaq. O, müsabiqədəki \"Suus\" adlı mahnısını TVR1 və Antena1 kanallarındakı müxtəlif verilişlərdə səsləndirəcək.


Müğənninin növbəti dayanacağı Amsterdamdır. Aprelin 21-də \"Eurovision in Consert\" layihəsində təmsil olunacaq Rona Nişliu tanıtım turunu may ayında Bakıda keçiriləcək möhtəşəm Eurovision şousunadək davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə