İsveç televiziyasında Eurovision 2012 mahnılarının ilkin müzakirəsi olub
İsveçin SVT televiziyasında Eurovision 2012 mahnılarının müzakirəsinə həsr olunacaq 4 şoudan birinin nəticələri elan edilib. SİA-nın məlumatına görə, İsveçin Eurovision Mahnı Müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Krister Bjorkmanın aparıcılığı ilə yayımlanan verilişdə birinci yarımfinalın ilk 8 mahnısı müzakirə olunub. 5 nəfərlik münsiflər heyəti mahnıları \"0\"-dan \"5\"-dək xallarla qiymətləndirib. İlk şounun nəticələrinə görə, Finlandiya birinci, Rumıniya ikinci, İslandiyanın müsabiqə mahnısı isə üçüncü yerdə qərarlaşıb.
Bu silsilədən növbəti veriliş aprelin 23-də efirdə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB