“Eurovision- 2012” mahnımızın Azərbaycan və akustik versiyası hazırlanıb- VİDEO

“Eurovision- 2012” mahnımızın Azərbaycan və akustik versiyası hazırlanıb- VİDEO

Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın müsabiqə mahnısının Azərbaycan və akustik versiyası təqdim olunub. SİA-nın təmsilçimizin saytına istinadən verdiyi məlumata görə, mahnının Azərbaycan versiyası "Gəl" adlanır.


Mahnının Azərbaycan versiyasını Teymur Məmmədov hazırlayıb. Xatırladaq ki, "When The Music Dies" mahnının müəllifləri isveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Kronlunddur. Mahnıda Azərbaycan milli musiqi alətləri - kamança, balaban, dəf və qaval alətlərinin səsi, eləcə də unikal muğam vokal ifasının elementlərindən istifadə olunub. Muğam partiyasını isə Alim Qasımov ifa edir.




Bütün xəbərlər Facebook səhifəmizdə