Azərbaycanın Eurovision 2012 təmsilçisinin sosial şəbəkədəki rəsmi səhifəsində aprelin 10-dan 20-dək \"Səbinənin sirlərini bilirsinizmi?\" adlı viktorinaya start veriləcək. Müsabiqənin şərtlərinə görə, həftənin iş günlərində, yəni bazar ertəsindən şənbəyə qədər hər gün saat 14.00-da (Bakı vaxtı ilə) Səbinə Babayevanın rəsmi Facebook səhifəsində istifadəçilərə onunla bağlı bir sual ünvanlanacaq.
SİA-nın məlumatına görə, iştirakçılardan doğru cavabı operativ və cəld lazımi ünvana göndərmək tələb olunur. İlk 13 düzgün cavabın sahibləri xüsusi hədiyyə qazanacaqlar. Qeyd edək ki, birinci doğru cavab 10, ikincisi 6, üçüncüsü isə 4 xalla qiymətləndiriləcək. Digər 10 cavabın hər birinə 1 xal veriləcək. İki həftə müddətində pərəstişkarlara ümumilikdə 9 sual ünvanlandırılacaq. Müsabiqənin yekun nəticələri aprelin 23-də elə həmin səhifədə nəşr olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB