İsveç təmsilçisini Bakıda 3 vokalçı müşayiət edəcək

İsveç təmsilçisini Bakıda 3 vokalçı müşayiət edəcək
İsveçi Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil edəcək Lorin (Loreen) Bakı səhnəsində tək olmayacaq. SİA-nın məlumatına görə, müğənnini səhnədə Johanna Beijbom, Britta Bergström və Monica Starck müşayiət edəcək.


Johanna Beijbom və Britta Bergströmun artıq Eurovision təcrübəsi var. Onlar ötən müsabiqələrdə İsveç, Malta və Rusiya təmsilçilərinə dəstək olublar. Müsabiqənin favoritlərindən sayılan Lorini \"Bakı Kristal Zalı\"nın səhnəsində məşhur rəqqas Ausben Jordan da öz xoreoqrafik nömrəsi ilə müşayiət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə