Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı BMTİP-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə "Yaşıl Sabah" adlı fotosərgi həyata keçirəcək. SİA-nın verdiyi məlumata görə, tədbirin məqsədi gənclərin ətraf mühit resurslarından dayanıqlı istifadəsi, ekoloji sağlamlıq və yaşıl iqtisadiyyat mövzularına ictimai diqqətin artırılması və gənclərin bu resurslardan səmərəli şəkildə yararlanması üçün məlumatlandırma kampaniyasının keçirilməsidir.
Bildiyimiz kimi, bu il ekologiya sahəsində əsas diqqət bu il Rio-de Janeyroda keçiriləcək "Rio+20" Sammitinə yönəlib. Qeyd edək ki, sərgi Ətraf Mühitin qorunması üzrə Beynəlxalq kampaniyaya (IDEA) dəstək məqsədilə təşkil edilib.
Sərgi çərçivəsində mövzulara uyğun olaraq yeni formatda ətraf mühutin davamlılığın təmin olunması və resurslardan dayanıqlı istifadə ilə bağlı ekspertlərin iştirakı ilə diskussiya təşkil ediləcəkdir. Sərgidə fotoqraf Asim Talıbın Azərbaycan bölgələrində çəkdiyi fotolar sərgilənəcək.
Tədbir 4 aprel, 2012-ci il tarixində, saat 15.00-da Bakı Kreativ Mərkəzdə (Ünvan:Həsən Abdullayev küç 6, Axundov bağının yanı) keçiriləcəkdir.
Sərgidə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ombudsman Aparatı, millət vəkilləri, aidiyyatı səfirliklərin nümayəndələri, KİV əməkdaşları və aparıcı QHT rəhbərləri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB