Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Aktrisa "Hamlet", "Canlı meyid", "Xəyyam", "Dəli yığıncağı" və digər tamaşalarda parlaq obrazlar yaradıb.
Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb.
Şəfiqə Məmmədova \"Qaraca Qız\" (Qız), \"Dədə Qorqud\" (Burla xatun), \"İstintaq\" (Gülya), \"Bizim Cəbiş müəllim\" (Cəbişin arvadı), \"Ad günü\" (Fəridə), \"Çarvadarların izi ilə\" (Səriyyə) bədii filmlərinə çəkilib.
1 iyun 1974-cü ildə respublikanın əməkdar artisti, 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltiflənib.
Qeyd edək ki, o, 1995-2000 –ci illərdə Milli Məclisin deputatı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB