Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının təqdimatı olub- YENİLƏNİB
Bu gün Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının açılışı olub. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyət və turizm nazirinin I müavini Vaqif Əliyev bildirib ki, Qobustan Azərbaycan xalqının milli sərvətidir: "Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın səyi və təşəbbüsü ilə Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Qobustan dövlət tarixi-bədii qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə Daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib".
Muzeyin direktoru Məlahət Fərəcova isə vurğulayıb ki, muzeydə kitabxana ilə yanaşı, fotolaboratoriya, elmi-tədqiqat şöbəsi də fəaliyyət göstərir: "Muzeyin sərgi zalı müxtəlif bölmələrdən təşkil olunub. Burada həmçinin 3D formatında 45 tamaşaçı üçün kinozal da yaradılıb. Bununla yanaşı, muzeydə 360 dərəcə fırlanan xüsusi aparatla istənilən abidənin üzərində dayanmaq olur. Muzeyin fondunda 100 mindən çox arxeoloji materiallar toplanıb".
Tədbirdə həmçinin Qobustan abidələrinin tədqiqatçısı tarix elmlər namizədi Firuzə Muradovanın "Qobustan tunc dövründə" adlı kitabının təqdimatı olmuş və müəllifə nazirliyin fəxri fərmanı təqdim edilib.
Sonra tədbir iştirakçıları muzeylə yaxından tanış olublar. Qonaqlar üçün "Natiq"ritm qrupu, "Balet" qrupu, Aşıqlar, zurna-balaban və digər musiqi alətlərinin ifasında Qobustana həsr edilən kompazisiyalar da ifa olunub.
Qeyd edək ki, yeni muzey binası Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə inşa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB