Postkardlar müsabiqədə iştirak edən hər bir ölkənin təmsilçisinin çıxışından əvvəl yayımlanan qısa videoçarxlardır.
Ümumilikdə, mayın 22, 24 və 26-da \"Bakı Kristal Zalı\"nda keçiriləcək yarışma çərçivəsində 42 videoçarx çəkiləcək. Bu çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində aparılacaq. Eurovision Mahnı Müsabiqəsi Bakı 2012-nin İşçi Qrupunun təqdim etdiyi ssenarilər əsasında hazırlanan təqdimat videolarında fərqli üslubdan istifadə olunacaq.
Çəkilişin rejissoru Sven Freckin bildirdiyinə görə, Azərbaycana dair maraqlı mənzərələr, mövzular müasir texniki imkanlarla təqdim ediləcək: \"Azərbaycanda Avropa ilə çox bənzərliklər var. Buradakı qədimlik və müasirliyin ahəngini bəyənirəm. Çalışacağıq ki, tamaşaçılara heç gözləmədikləri videoları nümayiş etdirək. Mən insanların evdə oturub nə gözlədiklərini bilirəm. Amma bu dəfə belə olmayacaq. Bu dəfə biz onlara adət etmədikləri, bu vaxtadək görmədikləri videolar təqdim edəcəyik\" - deyə Sven Freck bildirib.
Qeyd edək ki, Eurovision Mahnı Müsabiqəsinin rəhbəri (Executive Supervisor of the Eurovision Song Contest) Yan Ola Sand (Jon Ola Sand) il ərzində Bakı müsabiqəsinə yüksək səviyyədə hazırlıqların getdiyini bildirib. \"May ayında insanlar əvvəllər görmədikləri yeni bir şou izləyəcəklər\" deyən müsabiqənin rəhbəri tamaşaçıların builki şousu ilə fəxr edəcəklərini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB