Martın 14-də "Xətai" miniatür sənət qalereyasında Xalq Rəssamı Arif Hüseynovun "Azərbaycan nağılı" mövzusunda rəsm sərgisi açılıb. SİA-nın verdiyi xəbərə görə, sərgidə rəssamın 45-dən çox rəsm əsəri nümayiş olunur.
İngilis dilində nəşr olunmuş "Azərbaycan nağılları" ("Azerbaijan fairy tales") kitabının layihə rəhbəri Leyla Əfəndiyeva sərginin açılış mərasimində bildirib ki, Arif Hüseynov kitabda toplanan 28 Azərbaycan nağılına 40-dan çox illüstrasiya çəkilib. Rəssamın böyük zəhməti bahasına hazırlanmış bu işlərə 2 ilə yaxın vaxt sərf edilib. O, əsl sənətkarlıq və sevgi ilə hər bir nağıl qəhrəmanının obrazını yarada bilib. Biz bu gün "Azərbaycan nağılları" kitabında yer alan həmin rəsmlərin ayrıca sərgisini qeyd edirik.
"Nağılları bir uşaq vaxtında, bir də mən yaşda olanda oxuyurlar. İndi oxuyanda bir başqa fəlsəfə yaranır. Bunu isə mərasimdə çıxış edən Arif Hüseynov bildirdi. Rəssam nağıllarımıza çəkdiyi illüstrasiyalarla yanaşı, sərgidə Novruz bayramına həsr edilən rəsmlərə də yer ayırdığını vurğuladı.
Tamaşaçılar sərgidə rəssamın özünəməxsus, orijinal bir üslubla fırçasının "gözündən" keçirdiyi nağıl qəhrəmanlarımızın obrazlar aləmi ilə yaxından tanış oldular. Bu lövhələrdə uzun əsrlərdən qan yaddaşımızda bu günə daşıdığımız ədəbi irsimiz həm oxuduğumuz, həm də təxəyyülümüzdə canlandırdığımız kimi bir az real, bir az da nağılvari üslubla təqdim olunub.Sərgi aprelin 14-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB