Məlumat üçün bildirək ki, musiqi mədəniyyətində əvəzsiz xidmətlərinə görə xalq artisti Zeynəb Xanlarova, teatr və kino sahəsindəki uzunillik məhsuldar fəaliyyətinə görə xalq artisti Nodar Şaşıqoğlu, musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə və yaradıcılıq fəaliyyətinə görə xalq artisti və bəstəkar Firəngiz Əlizadə, Kino sahəsi üzrə - Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə xalq artisti Eldar Quliyev \"Zirvə\" mükafatına layiq görülüb.
"Debüt" bölməsi üzrə \"Buta\" Kamera Xoruna 2011-ci ildəki uğurlu debütünə görə, Musiqili Komediya Teatrına N.Qoqolun "Evlənmə" komediyası ötən ilin ən yaxşı səhnə əsəri kimi mükafata layiq görülüb. Təsviri sənət sahəsi üzrə Berlindəki Qotfrid Bena kitabxanasına məxsus bağda Xocalı faciəsinə həsr olunan \"Müharibə əleyhinə, sülh, dostluq, zorakılığa qarşı demokratiya\" adlı heykəltaraşlıq kompozisiyasının ucaldılmasına görə əməkdar incəsənət xadimi İbrahim Əhrari, xalq rəssamı Salxab Məmmədov, əməkdar incəsənət xadimi Akif Əsgərov və əməkdar rəssam Əli İbadullayeva mükafatlar təqdim olunub.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində ənənəvi "Zirvə" mükafatını təsis edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB