“Azərbaycanfilm”in yeni direktoru rəsmən təsdiqlənib

“Azərbaycanfilm”in yeni direktoru rəsmən təsdiqlənib

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasının direktoru Müşfiq Hətəmovun vəzifəsi rəsmən təsdiqlənib. SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kinostudiyanın saytının təqdimatında deyib.


Onun sözlərinə görə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin əmri ilə Müşfiq Hətəmov rəsmən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru təyin olunub: "Dekabrın 20-dən bu vəzifəyə təyin olunan Müşfiq Hətəmova sınaq müddəti verilib. Verilən vaxt ərzində o ümidləri doğruldub".


Qeyd edək ki, Müşfiq Hətəmov Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə