\"Jedward\" yenidən Eurovision təmsilçisi seçildi

\"Jedward\" yenidən Eurovision təmsilçisi seçildi

\"Jedward\" qrupu yenidən İrlandiyanın \"Eurovision- 2012\" təmsilçisi seçilib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, İrlandiyanın müsabiqədə təmsilçisinin seçilməsi üçün \"EuroSong 2012\" adı altında Milli Finalda təmsilçilik uğrunda 5 namizəd mübarizə aparıb.


Bu əkiz qardaşlardan ibarət qrup həm tamaşaçıların, həm də münsiflərin səsverməsi nəticəsində 114 səslə qalib olub. Jedward qardaşları Bakı səhnəsində \"Waterline\" mahnısı ilə çıxış edəcəklər.


Qeyd edək ki, \"Jedward\" qrupu ötən il Düsseldorf səhnəsində İrlandiyanı \"Lipstick\" mahnısıyla təmsil edərək 43 ölkə arasında 8-ci yeri tutmuşdu.


İrlandiya bu il \"Bakı Kristal Zalı\"nda mayın 22-də keçiriləcək birinci yarımfinalda çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə