Yunanıstan və Serbiyanın \"Eurovision-2012\"də ifa edəcəkləri mahnı yaxın vaxtlarda bəlli olacaq

Yunanıstan və Serbiyanın \"Eurovision-2012\"də ifa edəcəkləri mahnı yaxın vaxtlarda bəlli olacaq

Yunanıstan təmsilçisinin \"Eurovision 2012\"də ifa edəcəyi mahnı üçün 4 bəstə nəzərdən keçirilir. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, mahnılar fevralın 28-i, səhər saatlarından etibarən Yunanıstan Milli Televiziyasının (ERT) rəsmi saytında yerləşdiriləcək. İfaçılar haqqında məlumatlar isə martın 1-də elan olunacaq. Həmin gün mahnıların klipləri də izləniləcək.


Müsabiqədə oxunacaq mahnını seçən ölkələrdən biri də Serbiyadır. Adı çəkilən ölkənin təmsilçisi Zeljko Yoksimoviçin (Zeljko Joksimovic) müsabiqədə ifa edəcəyi mahnı martın 10-da açıqlanacaq. Həmin gün ölkənin müsabiqə mahnısının təqdimat mərasimi keçiriləcək.


Həm Zeljko, həm də RTS komandası mahnının uğurlu olacagına ümid edirlər. Mahnının janrı və sözləri isə hələ açıqlanmır.



Bütün xəbərlər Facebook səhifəmizdə