Bu il Azərbaycanda keçiriləcək "Eurovision-2012" üçün inşa edilən "Baku Crystall Hall"da tikinti işləri artıq son mərhələdədir. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, hazırda zalın üzərində kristallar quraşdırılmaqdadır.
"Baku Crystall Hall"ın yaxınlığında isə müsabiqədə akkreditasiya olunan jurnalistlər üçün xüsusi Mətbuat Mərkəzi inşa olunur. Mətbuat Mərkəzi 5000 m2 ərazini əhatə edəcək. Hazırda mərkəzdə tikinti işləri sürətlə davam edir.
Qeyd edək ki, 57-ci "Eurovision" mahnı müsabiqəsinin yarımfinalları mayın 22 və 24-də, final mərhələsi isə mayın 26-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB