Eurovision- 2012 təmsilçisi seçən digər ölkə isə Ukraynadır. Ukrayna təmsilçisinin seçilməsi üçün Milli Final gecəsində Azərbaycanın Eurovision 2011-dəki qələbəsinə və builki müsabiqəyə hazırlıqlarına həsr edilən videomaterial nümayiş olunub. Süjetdə Eldar Qasımov və Nigar Camalın Düsseldorf səhnəsindəki çıxışları, "Buta Palace"da Eurovision Mahnı Müsabiqəsinin rəmzi açarının Bakıya təqdim edilməsindən danışılıb. "Light your fire" şüarının fəlsəfəsi, Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasından bəhs olunub.
Səsvermənin nəticələrinə görə, Ukraynanı Eurovision 2012-də Qaytana Essami (Gaitana Essami) təmsil etmək hüququ qazanıb. Ölkə təmsilçisi 21 ifaçının arasından seçilib. Milli Finalda Qaytana \"Be my guest\" ("Mənim qonağım ol") mahnısı ilə çıxış edib və 41 səslə qalib olub. Ukraynanın 32 yaşlı təmsilçisi Qaytana Essami Konqo əsillidir.
Ukraynanın Milli Finalında Fransanın Eurovision 2012 təmsilçisi Anqun (Anggun) və Ukraynanın Eurovision 2010-dakı təmsilçisi Alyoşa qonaq kimi çıxış edib.
Qeyd edək ki, Ukrayna Bakıda keçiriləcək müsabiqədə II yarımfinalında təmsil olunur. Qaytana \"Bakı Kristal Zalı\"nda \"Be my guest\" mahnısını ifa edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB