\"Buzovna kəndinin əhvalatları\"nın premyerası baş tutub - FOTO

\"Buzovna kəndinin əhvalatları\"nın premyerası baş tutub - FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti tamaşanın premyerası gerçəkləşib. SİA-nın məlumatına görə, xalq yazıçısı Elçinin novellaları əsasında hazırlanan "Buzovna kəndinin əhvalatları" tamaşası teatrsevərlərin ixtiyarına verilib. Premyerada mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq yazıçısı Elçin Əfəndiyev, teatrın direktoru Mübariz Həmidov və başqaları iştirak edib.


Xalq yazıçısı tamaşanın müəllifi olduğu "Dolça" povesti və "Toyuğun diri qalması" hekayəsi əsasında hazırlandığını bildirib. Tamaşanın məşqlərini izlədiyini deyən xalq yazıçısı, səhnə əsərinin uğurlu alınacağına ümidvar olduğunu vurğulayıb.


Məlumat üçün bildirək ki, tamaşanın süjet xətti Bakı kəndlərində baş verən hadisələr üzərində qurulub. İkihissəli komediyanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.


Tamaşada rolları Sərvər Əliyev, Eşqin Quliyev, Nəsibə Eldarova, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova, Nübar Novruzova, Natiq Fərzəliyev və başqaları ifa ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə