Eurovision layihəsinin rəsmi milli saytı Azərbaycanın təbliği üçün gözəl bir platformadır

Eurovision layihəsinin rəsmi milli saytı Azərbaycanın təbliği üçün gözəl bir platformadır

Müsabiqənin təşkilati məsələləri üzrə rəhbəri Sietse Bekker Azərbaycanın \"Eurovision- 2012\" mahnı müsabiqəsinin rəsmi saytı \"eurovision.az\"-ın fəaliyyətindən danışıb. SİA-nın adıçəkilən sayta istinadən verdiyi məlumata görə, S. Bekker saytın fəaliyyətini yüksək qiymətləndirib.


O bildirib ki, bu sayt Azərbaycan mətbuatı və auditoriyası üçün çox gözəl, yerli bir platformadır: \"Çox yaxşı haldır ki, Azərbaycanla bağlı məlumatlar müntəzəm olaraq Avropaya çatdırılır. Bunların arasında Azərbaycan və Bakıya dair məlumatlar, otellər, turizm imkanları və digər zəruri bilgilər var"


Onun sözlərinə görə, Azərbaycanın müsabiqə ilə bağlı rəsmi milli saytı olan eurovision.az çox gözəl təbliğat vasitəsidir: "Biz sizinlə əməkdaşlıq etməkdən məmnunuq. Avropalıların Azərbaycanla bağlı mümkün qədər çox məlumatlandılmasını dəstəkləyirik".



Bütün xəbərlər Facebook səhifəmizdə