Bakı \"Eurovision\"un rəsmi saytında- FOTOSESSİYA

Bakı \"Eurovision\"un rəsmi saytında- FOTOSESSİYA
"Eurovision" mahnı müsabiqəsinin rəsmi internet saytında Azərbaycanın paytaxtı Bakıda yaxın həftələrdə hansı tədbirlərin keçirilməsi barədə fotoreportaj hazırlanıb. SİA- nın müsabiqənin saytına istinadən verdiyi məlumata görə, bu foto-reportajda şəhərimizdə keçirilən möhtəşəm mədəniyyət və incəsənət tədbirləri yer alıb.


Fotoreportajda bildirilir ki, "Eurovision-2012" müsabiqəsinə ev sahibliyi edəcək Bakıda çoxsaylı belə tədbirlər keçirilir. Saytda Yeni il, muğam konserti, İçərişəhər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin "Eurovision-2012" adlı rəsm sərgisi və digər mədəni tədbirlərin fotoları var.


Həmin fotoları sizlərə təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə