Makedoniya təmsilçisinin “Eurovision”da ifa edəcəyi mahnı bəlli olub
"Eurovision-2012" mahnı müsabiqəsində Makedoniyanı təmsil edəcək Kaliopinin ifa edəcəyi mahnı təsdiqlənib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Makedoniyanın "Eurovision" üzrə yayımçısı MKR TV Romeo Grill adlı bəstəkarın mahnısına üstünlük verib.
R.Grill Kaliopinin hit olan mahnılarının bəstəkarıdır. Mahnı "Black and White" (Ağ və Qara) adlanır. Mahnının sözləri Kaliopinin özünə aiddir.
Qeyd edək ki, Kaliopi artıq öz ölkəsini bir dəfə "Eurovision"da təmsil edib. O, 1996-cı ildə Olsoda keçirilən müsabiqəyə qatılsa da, uğur qazana bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB