Gənc Tamaşaçılar Teatrının kollektivi Əbülfəs Qarayevə baş verən narazılıqla bağlı müraciət hazırlayıb

Gənc Tamaşaçılar Teatrının kollektivi Əbülfəs Qarayevə baş verən narazılıqla bağlı müraciət hazırlayıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi teatrdaxili məsələlərə görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət edəcəklər. Bunu SİA-ya teatrın quruluşçu rejissoru Ağalar İdrisoğlu deyib.


Onun sözlərinə görə, kollektiv aktyor və rejissorlar Cənnət Səlimovanın teatrda ayrıseçkilik yaratması, yaradıcı heyət arasında ögeylik-doğmalıq prinsipi ilə işləməsindən narazıdır: \"Müraciəti imzalayan aktyorların sayı hazırda 30-dan çoxdur. İnanıram ki, bu rəqəm yaxın günlərdə daha da artacaq və bu ayın sonuna kimi müraciəti nazirə təqdim edəcəyik\".

Bütün xəbərlər Facebook səhifəmizdə