Milli Seçimlərin 7-ci həftəsinin qalibi Səbinə Babayeva oldu- FOTO

Milli Seçimlərin 7-ci həftəsinin qalibi Səbinə Babayeva oldu- FOTO
\"Eurovision\" Mahnı Müsabiqəsi 2012-nin Milli Seçimlərinin 7-ci həftəsinin qalibi Səbinə Babayeva seçilib. SİA-nın məlumatına görə, o, 12 səslə birinci yerə layiq görülüb.


Bu həftənin iştirakçıları Erkin Osmanlı, AD Gioriam, Ayla İdrisova, Kamran Abdullayev, Səbinə Babayeva, Xana Həsənova, Xəyal Tağıyev, Natiq Bağırov, Azər Səlimli bu həftə ərzində öz maraqlı çıxışları ilə mübarizə aparıblar.


Məlumat üçün bildirək ki, Avropanın ən nüfuzlu mahnı müsabiqəsində ölkə təmsilçiliyinə namizədlər həftənin 5 günündə İctimai Televiziyanın canlı efirində milli seçim turunun xüsusi proqramını yerinə yetiriblər. Azərbaycanı "Eurovision-2012" Mahnı Müsabiqəsində qalibin seçimində müsabiqənin qaydalarına uyğun olaraq münsiflər heyətinin rəyi tamaşaçılarla eyni nəzərə alınır.


Qeyd edək ki, artıq 7 yarımfinalçı məlumdur. Onlar Orxan Kərimli, Məryam Kərimova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı və Səbinə Babayevadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня