Mədəniyyət və Turizm Nazirliyi gələn il daha çox iki sahədə yeni layihələrin gerçəkləşməsini nəzərdə tutur. SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, yeni layihələr turizmin yeni dövrdə daha mütəşəkkil şəkildə qurulması və xidmətlərin səviyyəsinin artırılmasından ibarət olacaq: "Biz mədəniyyət ocaqlarında Azərbaycana gələn qonaqların, turistlərin daha geniş şəkildə xidmət olunmasının tərəfdarıyıq. Kino sahəsində islahatların davamlı olmasına üstünlük verəcəyik. Gündəmdə kinostudiyanın yenidən qurulması durur".
Nazir bildirib ki, gələn ilin mühüm hadisələrindən biri Xalça muzeyinin açılışı olacaq: "Dünyanın heç bir ölkəsində buna oxşar bir layihə gerçəkləşməyib. Müasir memarlıq abidəsi və eyni zamanda qədim tariximizi əks etdirən bir muzey olacaq. Gələn il biz hamımız Qusarda inşa oluna Şahdağ qış-yay kompleksinin açılışını gözləyirik".
Ə.Qarayev Lənkəran və İsmayıllıda mədəniyyət ocaqlarının pilot layihələrinin hazırlanacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB