Bu gün İctimai Televiziyada “Eurovision-2012” Milli seçim turunun 5-ci həftəsi başlayır
Milli seçim turlarının 5-ci həftəsində Azərbaycanı 2012-ci ildə Eurovision Mahnı Müsabiqəsində təmsil etmək istəyən növbəti "9-luq" 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq. SİA-nın məlumatına görə, bu həftənin iştirakçıları aşağıdakılardır:
1. Azad Şabanov
2. Samir Məmmədov
3. Elton İbrahimov
4. Günay Əhmədova
5. Elnarə Kazımova
6. Yan Kaşepava
7. Süleyman Ağakişiyev
8. Fidan Hüseynova
9. Aydın Eyvazzadə
Namizədlər həftənin 5 günü İctimai Televiziyanın canlı efirində milli seçim turunun xüsusi proqramını yerinə yetirəcəklər. Seçim turunun proqramına əsasən bu gün onlar dünya estradasından mahnılar ifa edəcəklər.
Həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi "Eurovision" Mahnı Müsabiqəsinin qaydalarına uyğun olaraq, həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB