Akademik Milli Dram Teatrında “Qadın məhəbbəti”

Akademik Milli Dram Teatrında “Qadın məhəbbəti”

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Viktor Hüqonun "Mariya Tüdor" pyesi əsasında hazırlanan "Qadın məhəbbəti" tamaşasının premyerası keçirilib. SİA-nın məlumatına görə, Mehdi Məmmədovun tərcüməsi əsasında hazırlanan tamaşanın janrı ikihissəli şekspirsayağı dram kimi müəyyənləşdirilib.


Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assitenti Ceyran Həsənovadır.


Quruluşçu rejissor Kraliça rolunu Xalq Artisti Məleykə Əsədovaya həvalə edib. Digər rollarda Xalq Artisti Hacı İsmayılov, Əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, Ayşad Məmmədov, Əjdər Həmidov, Elxan Quliyev, Telman Əliyev, aktyorlar Elşən Rüstəmov, Hikmət Rəhimov, Şəlalə Şahvələdqızı, İlahə Həsənova və Vüsal Mustafayev çıxış ediblər.


İnsan, hakimiyyət və məhəbbət mövzusunda olan tamaşa alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə