“İstedadlı uşaqlar” respublika müsabiqəsinə yekun vurulub

“İstedadlı uşaqlar” respublika müsabiqəsinə yekun vurulub

2009-cu ildən başlayaraq hər il Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "İstedadlı uşaqlar" respublika müsabiqəsi keçirilir. İncəsənətin müxtəlif sahələrinə diqqəti artırmaq, əhalinin, o cümlədən gənc nəslin sənətə olan marağını daha da inkişaf etdirmək, bölgələrlə mədəni əlaqələri möhkəmləndirmək məqsədilə təşkil olunan builki müsabiqənin yekun tədbiri Şirvanda keçirilib.


Nazirlikdən SİA-ya verilən məlumata görə, "Şirvan" kinoteatrında müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi olub. Bədii qiraət, aşıq musiqisi, muğam və mahnı, instrumental ifaçılıq, təsviri sənət üzrə respublika müsabiqəsinin qaliblərinə Mədəniyyət və Turizm Nazirliyinin diplom və hədiyyələri təqdim edilib.


Tədbir çərçivəsində təsviri sənət üzrə müsabiqə qaliblərinin əsərlərindən ibarət sərgi nümayiş olunub. Respublika müsabiqəsində bədii qiraət, aşıq musiqisi, muğam və mahnı, instrumental ifaçılıqda fərqlənən uşaq, yeniyetmə və gənclərin iştirakı ilə musiqili-bədii konsert proqramı da maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə