Bəstəkarlar İttifaqında dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr edilən kamera konserti keçirilib
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına Konsert Salonunda dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr edilən kamera konserti keçirilib. SİA-nın məlumatına görə, konsertdə çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünün ölkəmizin tarixinin ən fərəhləndirici səhifələrindən olduğunu qeyd edib.
Onun sözlərinə görə, bu mövzu Azərbaycan bəstəkarlarının yaradıcılığında önəmli yer tutmalıdır: "Çox istərdim ki, bu mövzuya Azərbaycan bəstəkarları tez-tez müraciət etsinlər və biz belə əsərlərdən mütəmadi olaraq konsertlərdə istifadə etməyə hazırıq".
Daha sonra musiqi dinlənilib. Konsert iştirakçıları böyük maraqla Məmməd Cəfərovun "Sayağılar"- piano üçün 3 pyesini, Nərminə Nağıyevanın klarnet, violin və piano üçün "İllüziyaçı", klarnet və violin üçün "Qaradamlarının rəqsi", Samir Əliyevin "İki piano üçün Poema", Zəminə Əliyevanın violin və piano üçün "Sonata" kimi əsərlərini, Elnarə Dadaşovanın "Fuqa"larını, həmçinin əməkdar incəsənət xadimi Sərdar Fərəcovun iki piano üçün"Azad el" əsərini dinləyiblər.
Qeyd edək ki, adı çəkilən əsərlər ilk dəfə ifa olunub. Məmməd Cəfərov Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə Təşkilatının, Zəminə Əliyeva isə isə Lənkəran Təşkilatının fəal üzvləridirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB