“Diazepam” adlı sərginin açılışı olub

“Diazepam” adlı sərginin açılışı olub
Bu gün Müasir İncəsənət Mərkəzində "Diazepam" adlı sərginin açılışı olub. SİA-nın məlumatına görə, sərgidə gənc rəssamlar Reza Həzarenin (Əfqanıstan), Nurxan Məmmədovun, Arif Əmirovun, Bəhruz Kəngərlinin əsərləri, gənc rejissor Həmid Əminzadənin videofilmi nümayiş etdirilib. Həmçinin sərgidə bluz musiqisinin sədaları altında gənc rəssamlar "Rəngləri Hiss Et" adlı performans da təqdim ediblər.


Nümayiş olunan 45-ə qədər rəsm əsərinin mövzusu insanın narahatlığını, hisslərini əhatə edir.
Sərginin "Diazepam" adlandırılması təsadüfi deyil. Məlumdur ki, bu preparatdan təbabətdə sakitləşdirici kimi istifadə olunur. Gənc rəssamların fikrincə, insan rəsm əsərlərinə tamaşa etməklə gərginliyi, mənfi emosiyaları özündən uzaqlaşdıra bilər.


Qeyd edək ki, sərgi dekabrın 5-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə