Bu gün “Eurovision-2012” mahnı müsabiqəsinin milli seçim turu başlayır
Bu gün İctimai Televiziyanın efirində "Eurovision-2012" Mahnı Müsabiqəsinin milli seçim turu başlayır.
SİA-nın İTV-nin saytına istinadən verdiyi məlumata görə, ilk efir bu axşam saat 22.00-da olacaq. Bu həftə Ramin Quliyev, Canana Zeynalova, Orxan Mirzəyev, Kənan Qədimov, Anastasiya Bedritskaya, Amil Qocayev, Orxan Kərimli, Elnarə Həsənova və Səmra Rəhimli yarışacaq.
Ümumilikdə milli seçim turunda 72 nəfər iştirak hüququ qazanıb. Onlar hər biri 9 nəfərdən ibarət 8 qrupa bölünüb. Bu qruplar 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcək.
İştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstərəcəklər. Seçim qaydaları ötən il olduğu kimi aparılır. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunacaq. 8 həftənin qalibləri növbəti mərhələyə-yarımfinala vəsiqə qazanacaq. Finala keçmiş iştirakçılar isə Azərbaycanı "Eurovision Mahnı Müsabiqəsi-2012" də təmsil etmək uğrunda yarışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB