Avstraliyada keçirilən mərasimdə "Ən yaxşı uşaq filmi" nominasiyasında Azərbaycanın "Buta" filminin qalib çıxdığı elan olunub. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Məlumata görə, mükafatı qəbul edərkən rejissor İlqar Nəcəf akademiyanın üzvlərinə və filmin yaradılmasında ona kömək edənlərin hamısına təşəkkürünü bildirib. Bu il "Buta" filmi Türkiyə, Rusiya, Özbəkistan, Estoniyada keçirilən beynəlxalq kinofestivallarda iştirak edib.
Müsabiqənin "Ən yaxşı bədii film" nominasiyasında isə dünya şöhrəti qazanmış İran rejissoru Fərhad Əsgərinin "Nadir və Siminin boşanması" filmi müvəffəqiyyət qazanıb.
"Azərbaycanfilm" və "Buta-film"in istehsalı olan "Buta" filminin quruluşçusu İlqar Nəcəf, ssenari müəllifləri İlqar Nəcəf və Ramiz Fətəliyev, operatoru Georgi Beridze, rəssamı Əziz Məmmədov, bəstəkarı Cavanşir Quliyevdir. Rollarda Rafiq Əzimov, Tofiq Əliyev, Elnur Kərimov, Ləman Nəbiyeva, Arzu İsayeva, Mirmöhsün Mirzəyevə, Bahadur Səfiyev, Kimyaxanım Daşdıyeva, Süleyman Nəcəfov və başqaları çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB