Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin "Boqema" operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşada əsas partiyaları gənc və istedadlı vokalçıları Afaq Abbasova (Mimi), əməkdar artistlər İnarə Babayeva (Müzetta) və Əvəz Abdullayev (Marsel) ifa edəcək.
Qeyd edək ki, bu, Afaq Abbasovanın Mimi rolunda ilk çıxışıdır. O, ilk dəfə bu ilin mayında C.Verdinin "Traviata" operasının tamaşasında Violetta partiyası ilə opera səhnəsində debüt edib. Uğurlu çıxışı ilə ona göstərilən etimadı doğruldan və özünü təsdiq edən gənc vokalçıya bu dəfə Mimi rolu etibar olunub.
Afaq Abbasovanın tərəf müqabili Rudolf partiyasını ifa etmək üçün teatrın rəhbərliyi Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Seyran Maksutovu dəvət edib.
Tamaşanı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB