Makedoniya “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisinin kimliyini müəyyənləşdirib

Makedoniya “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisinin kimliyini müəyyənləşdirib
Makedoniya "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisinin kimliyini müəyyənləşdirib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, ölkənin milli yayımçısı olan "MKRTV" təmsilçisini elan edib. Gələn il Bakıda keçiriləcək müsabiqədə Makedoniyanı Kaliopi adlı müğənni təmsil edəcək.


Kaliopi Bukle Balkanlarda kifayət qədər tanınan müğənnidir. O, vətənində 100-dən çox konsert verib, teatr və filmlərdə çıxış edib.

Kaliopi "Eurovision"a təmsilçi seçildikdən sonra dəvətə görə milli yayımçı olan televiziyaya təşəkkür edib: "Bu dəvətə görə təşəkkür edirəm. Mən onu qəbul edirəm və anlayıram ki, bu böyük bir məsuliyyətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə