“Mustafa Topçubaşov. Əsrin fonunda portret” sənədli filminin təqdimatı keçirilib

“Mustafa Topçubaşov. Əsrin fonunda portret” sənədli filminin təqdimatı keçirilib
Bu gün Beynəlxalq Muğam Mərkəzində xalq artisti, rejissor Yalçın Əfəndiyevin "Yaddaş" sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkdiyi "Mustafa Topçubaşov. Əsrin fonunda portret" sənədli filminin təqdimatı keçirilib.


SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Soltanzadə bildirib ki, film Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, cərrahlıq elmi məktəbinin banilərindən biri, akademik Mustafa bəy Topçubaşovun həyatı və fəaliyyətindən bəhs edir.


Filmin ssenari müəllifləri Nadejda İsmayılova, Yalçın Əfəndiyev, operatoru Adil Abbas, səs rejissoru Teymur Abdullayevdir.


Tədbir də o da qeyd edilib ki, bu ekran əsəri yaxın vaxtlarda televiziya kanallarında nümayiş olunacaq.

Tədbirdə çıxış edən alimin nəticəsi Mustafa Tobçubaşov babasının əməyinə verilən yüksək qiymətə görə filmin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını vurğulayıb.


"Mustafa Topçubaşov. Əsrin fonunda portret" sənədli filmi böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə