Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin "Teleskop" tragikomediyası əsasında hazırlanan iki hissəli eyniadlı tamaşa nümayiş etdirilib. SIA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru, Finlandiyada yaşayan azərbaycanlı Kamran Şahmərdan, quruluşçu rəssamı, məşhur səhnə tərtibatçısı Eduard Koçerq, geyim rəssamı Anna Koçerqina, musiqi tərtibatı Həmid Kazımzadədir. Tamaşada baş rolda aktyor Füzuli Hüseynov və aktrisa İlahə Həsənova çıxış edir. Digər rolları Ramiz Novruz, Sabir Məmmədov, Əli Nur, Əjdər Həmidov, Sevinc Əliyeva, Elşən Cəbrayılov, Məsmə Aslanqızı və başqaları canlandırırlar.
Tamaşada rollar üç hissəyə bölünür – mələklər, ruhlar və insanlar. Rejissor tamaşada ruhlar aləmi ilə insan aləmini üz-üzə qoyur. Səhnə əsərində komaya düşən baş rolun ifaçısı Füzuli Hüseynov ruhlar aləminə düşür və teleskop vasitəsi ilə yaşadığı mühiti, ailə üzvləri və yaxınlarını izləyir, özü haqqında düşüncələrini öyrənir. Övladları, ikinci həyat yoldaşı, qayınanası, yaxın dostu və həkimi tərəfindən sevilmədiyini görən F. Hüseynov ruhlar aləmindən ayrılmamaq üçün komadan ayılmaq istəmir. İlahə Həsənova tamaşada F. Hüseynovun birinci həyat yoldaşı obrazında çıxış edir. Bir-birindən ayrılan iki insan məhz ruhlar aləmində uzun illərdən sonra qarşılaşanda, bir-birlərinə böyük sevgi bəslədiklərini anlayırlar. Tamaşanın sonunda izləyiciyə iki sonluq təqdim edilir: teleskopsuz, hər şeydən xəbərsiz komadan ayılan, yaxınlarını görən, şad olan, yaşadığına sevinən insan və komadan ayılan, bütün həqiqətləri bilən, yenidən ruhlar aləminə qayıtmaq üçün intihar edən insan...

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB