Cavidan Novruz: “Söz verirəm ki, Azərbaycanın bayrağını yüksəklərə qaldıracağam”

Cavidan Novruz: “Söz verirəm ki, Azərbaycanın bayrağını yüksəklərə qaldıracağam”

"Söz verirəm ki, Azərbaycanın bayrağını yüksəklərə qaldıracağam, çünki özümə inanıram". Bu sözləri SİA-ya açıqlamasında "Avrasiya ulduzu" beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək müğənni Cavidan Novruz açıqlamasında bildirib.

Onun sözlərinə görə, ilk çıxış noyanrın 25-də Qazaxıstanda baş tutacaq: ""Avrasiya ulduzu" layihəsi Türkiyə, Azərbaycan, Şimali Kipr, Türkmənistan, Qırğızıstan və Qazaxıstanı əhatə edir. Müsabiqənin şərtlərinə görə, 6 ölkənin hər birində keçirilən milli seçimlərdən 1 nəfər qalib təmsilçi seçiləcək. Sonra bu 6 nəfər iştirakçı ölkələri gəzərək hər birinin ictimai yayımçısının canlı efirində yarışacaq. Münsiflər və sms səsverməsi nəticəsində onlardan biri "Avrasiya ulduzu" adına layiq görüləcək. Bu yarışmanı digər ölkələrlə yanaşı canlı olaraq İctimai kanalda nümayiş etdirəcək".

"20 nəfərin içindən seçildim, Onu da qeyd edim ki, münsiflər heyətində olan türkiyəli müğənni Burak Kut seçilməyim üçün çox çalışdı, çünki səsimi çox bəyənmişdi. Burak Kutla tez-tez əlaqə saxlayıram və mənə öz məsləhətlərini verir. Məsləhətlərindən belə başa düşürəm ki, pop janrında ifa etməyim daha yaxşı olar. Buna görə də orada ifa edəcəyim mahnılar demək olar ki, pop stilində olacaq. Olacağımız hər dövlətin dilində mahnı ifa etməliyik. Yarışmanın baş tutacağı beş dövlətin dillərində mahnıları öyrənmişəm. Yalnız Şimali Kipr dilində mahnım qalıb. O mahnını da hələ seçməmişəm",- deyə təmsilçimiz əlavə edib.

"Avrasiya ulduzu" beynəlxalq mahnı müsabiqəsində Eurovision yarışmasında olduğu kimi öz dövlətimiz təmsilçisinə səs verə bilməz\" deyən C. Novruz vurğulayıb ki, yarışmanın qalibinə 40 min avro pul mükafatı və müsabiqəni təşkil edən şirkətlə 5 illik müqavilə imzalanacaq: "Buna baxmayaraq həmin şirkət mənimlə 5 illik müqavilə bağladı".

Cavidan Novruz həmçinin yaradıcılığı ilə bağlı yeniliklərin olduğunu da qeyd edib. O bildirib ki, "Sal yadına" adlı mahnıya klip çəkilişlərinə başlayıb: "Yeni klipin rejissoru isə İctimai kanalda çalışan Ceyhun Kərimov olacaq. Tərəf müqabilim isə tanınmış 3 xanım- gənc müğənni Xəyalə Manaflı, Səidə Sultan və Lider kanalında aparıcı olaraq çalışan Seva xanım olacaq. Klipin mövzusu isə ayrılıqdan bəhs edir. Hər üç xanımı ayrı ayrılıqda aldadıram".

Bütün xəbərlər Facebook səhifəmizdə