Mərkəzi və Şərqi Avropa ölkələrinin ənənəvi kinofestivalının açılışı olub
Almaniyanın Kottbus şəhərində Mərkəzi və Şərqi Avropa ölkələrinin ənənəvi kinofestivalının açılışı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, XXI kinofestivala 33 ölkədən 140 film təqdim edilib. Müsabiqədə 50-dən çox filmin premyerası nəzərdə tutulur. Festival mükafatlarının ümumi dəyəri 76 500 avro təşkil edir. Kottbus kinofestivalında bədii filmlərlə yanaşı, qısametrajlı və sənədli filmlər də nümayiş olunacaq. Qeyd edək ki, kinofestival noyabrın 6-na kimi davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB