Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünyanın tanınmış bəstəkarlarının yaradıcılığına məxsus ən dəyərli əsərləri səhnəyə qoymaq sahəsində fəaliyyətini davam etdirir. Hazırda Teatrda görkəmli fransız bəstəkarı Jorj Bizenin "Arlezianka" baletinin quruluşu həyata keçirilir. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Tamaşanın quruluşunu tanınmış baletmeyster, Rusiyanın Əməkdar İncəsənət Xadimi Nadejda Malıqina həyata keçirəcək.
N.Malıqina Rusiyanın ayrı-ayrı şəhərlərinin Opera və Balet Teatrlarında və müxtəlif xarici ölkələrdə 50-dən artıq balet tamaşasına quruluş verib. Onun quruluş verdiyi tamaşalar Moskva, San-Fransisko və Romada keçirilən beynəlxalq müsabiqələrdə yüksək mükafatlara layiq görülüb. N.Malıqina "Teatr ilahəsi" müsabiqəsində 3 dəfə "Ən yaxşı quruluşçu baletmeyster" işi üçün təsis edilən mükafatı qazanıb.
Dünya şöhrətli bəstəkar J.Bizenin musiqi sənətinin incilərindən sayılan bu əsərinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulması çox əlamətdar bir hadisə olacaq.
Tamaşanın premyerası dekabrın 24-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB