Altın Portağal Film Festivalında Azərbaycanın kinoları nümayiş olunub

Altın Portağal Film Festivalında Azərbaycanın kinoları nümayiş olunub

Türkiyənin Antalya şəhərində keçirilən 48-ci Beynəlxalq Antalya Altın Portağal Film Festivalında Azərbaycanın kino nümunələri də nümayiş olunub. Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Aynur Əsgərova, rejissorlar Samir Kərimoğlu, Yavər Rzayev və İlqar Safat təmsil ediblər.


Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, festivalın "Avrasiya Sineması" bölümündə Azərbaycan kinematoqrafçılarının son illərdə istehsal etdikləri "Niyyət", "Buta", "Aktrisa", "İlahi məxluq", "Sahə" və "Əlvida, cənub şəhəri" bədii filmləri nümayiş olunub. Festival çərçivəsində 3 gün ərzində hər gün gündüz və axşam seanslarında nümayiş olunan filmlər tamaşaçılar tərəfindən maraqla izlənib, hər seansdan sonra səhnəyə dəvət alan rejissorlar filmlər haqqında tamaşaçılarla interaktiv müzakirə keçiriblər.


Festivalda TÜRKSOY-a üzv ölkələrdən ilk olaraq məhz Azərbaycan belə bir proqramla təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə