“Ölkəm Mənim”

"Turizmə dəstək" Gənclər Koalisiyası Mədəniyyət və Turizm Nazirlyinin təşkilatı dəstəyi ilə "Ölkəm Mənim" adlı klipini ictimaiyyətə təqdim edib. SİA-nın xəbərinə görə, Avropa otelində təşkil olunmuş tədbirdə klipin təqdimatında başlıca məqsəd 2011-ci ilin turizm ili çərçivəsində daxili turizmin inkişaf etdirilməsini, Azərbaycanın yüksək iqtisadi inkişafını, turizm sahəsində olan uğurları eləcə də mədəniyyət və incəsənəti təbliğ etmək idi.Tədbirə Dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri, Turizm mütəxəssisləri, Turizm şirkətinin və Gənclər təşkilatlarının rəhbərləri, QHT rəhbərləri, tələbələr və s. qatılmışdı. Klipin təqdimatından sonra Koalisiya yeni istifadəyə verdiyi web-saytını da qonaqlara təqdim edərək, Azərbaycanda 2011-ci ilin "Turizm ili" olmasının Turizmin inkişafına verdiyi töhfələr, sürətli inkişaf və həyata keçirilən uğurlar barəsində müzakirələr aparıb. Qeyd edək ki, "Turizmə Dəstək" gənclər koalisiyası Mədəniyyət və Turzim Nazirliyinin təşkilati dəstəyi ilə 2 fevral 2011-ci ildə təsis olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə