Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda "Üzeyir Hacıbəyli - 126" mövzusunda anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından danışıb, onun haqqında nəşr olunan çoxsaylı kitablardan söhbət açıb.
O bildirib ki, sentyabrın 18-də səhər saatlarında bəstəkarın Fəxri Xiyabandakı məzarı ziyarət olunacaq: "Üzeyir bəyin doğum günü Azərbaycanda musiqi bayramı kimi qeyd olunur. Onun əsərləri bu gün dünyanın istənilən ölkəsində insanları heyrətə gətirir. Bu gün Azərbaycanın peşəkar bəstəkarları Üzeyir bəyin qoyduğu yolu davam etdirirlər. Bu çox şərəfli yoldur".
F. Əlizadə sentyabrın 18-də Azərbaycanda Üzeyir Hacıbəyli beynəlxalq festivalının başlayacağını qeyd edib.
Tədbirdə Ü. Hacıbəylinin "Koroğlu" operasından, "Arşın mal alan" operettasından bölümlər, "Sevgili canan" və digər əsərləri səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB