Oktyabrın 1-də Heydər Əliyev Sarayında gənc və istedadlı müğənni Murad Sadıxın "Yaşayıram – oxumaq üçün, oxuyuram – yaşamaq üçün" adlı solo konserti keçiriləcək. Bu barədə SİA-ya Sarayın mətbuat xidmətindən məlumat verilib.
Konsertin aparıcısı əməkdar artist Tünzalə Ağayeva olacaq. Müğənnini səhnədə "Spayder" şou-balet qrupu və instrumental ansambl müşayiət edəcək. Konsertdə həmçinin bir sıra populyar müğənnilərin iştirakı gözlənilir.
Konsert saat 19:00-da başlanacaq.
Biletlərin qiyməti: 15 manatdan - 40 manata qədərdir. Biletləri şəhərin kassalarından əldə etmək olar.
Qeyd edək ki, Murad Sadıx bir sıra nüfuzlu yerli və beynəlxalq müsabiqələrin, festivalların iştirakçısı və qalibidir. O, "Bakı Gecələri" estrada mahnı müsabiqəsi- ən yaxşı ifa nominasiyası (diplom), "Həyatın sərhədsiz imkanları" adlı III Beynəlxalq Əlillərin yaradıcılığı festivalı- vokal nominasiyası (kubok), "Sankt-Peterburqun ümüd verən ulduzu" beynəlxalq festivalının diplomantı ( xrustal kubok ) olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB