Musiqili Komediya Teatrı mövsümü \"Ər və Arvad\"la açacaq

Musiqili Komediya Teatrı mövsümü \"Ər və Arvad\"la açacaq
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 102-ci mövsümü Üzeyir Hacıbəylinin \"Ər və Arvad\" tamaşası ilə açacaq. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.


Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanov, baletmeysterləri Zakir və Leyla Ağayevlər, xormeysteri isə Vaqif Məstanovdur.


Rollarda xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, İlham Əhmədov, əməkdar artist: Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Əliməmməd Novruzov, Ağaxan Şərifov, Hüseyn Əlili cıxış

edəcəklər.


Onu da qeyd edək ki, tamaşa Dənizçilərin Mədəniyyət Evində göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня