Nazir müavini ölkədə fəaliyyət göstərən çap-poliqrafiya müəssisələrinin nümayəndələri ilə görüş keçirib
Bu gün M.F.Axundzadə adına Milli Kitabxanada ölkədə fəaliyyət göstərən çap-poliqrafiya müəssisələrinin nümayəndələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüş Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyevin iştirakı ilə həyata keçirilib.
Nazir müavini çıxışında bildirib ki, sentyabrın 28-dən 30-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq II Bakı Beynəlxalq kitab sərgi-yarmarkası Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunacaq: "Heydər Əliyev adına Əl Oyunları İdman Sarayında keçiriləcək və xalqımızın mədəni-mənəvi, intellektual yüksəlişində müstəsna imkanlara malik olan kitabın geniş təbliğini nəzərdə tutan beynəlxalq tədbirdə bir çox xarici dövlətlərin müvafiq təşkilatlarının iştirakı gözlənilir.Sərgi-yarmarkada milli və beynəlxalq nəşriyyat evləri, kitab yayım firma və təşkilatları, poliqrafik müəssisələr, müəllif hüquqları qurumları, habelə kitab nəşri və yayımı ilə maraqlananlar iştirak edə bilərlər".
Vaqif Əliyev onu da qeyd edib ki, sərgidə əsasən sosial-iqtisadi, universal, təbiət elmləri, texniki, kənd təsərrüfatı, tibb, psixologiya, filologiya və başqa elmlərə aid ədəbiyyatlar, xəritə və atlaslar, dərsliklər, turizm nəşrləri, təqvimlər, bələdçilər və digər dəftərxana ləvazimatları və digər çap məhsulları nümayiş etdiriləcək.
"Sərgidə həm bütün respublikada fəaliyyət göstərən nəşriyyat, həm də beynəlxalq ölkələrdən olan nəşriyyat evləri də iştirak edəcək. Bakıdan 80-ə yaxın nəşriyyat artıq öz təkliflərini veriblər"-, deyə o əlavə edib.
Qeyd edək ki, görüşdə II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq işləri, nəşriyyat işinin digər aktual məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB