Vaqif Əliyev: \"\"Eurovision\" müsabiqəsinin məşvərət qrupuna yalnız hazırda fəaliyyət göstərən otellərin siyahısı təqdim olunub\" - AÇIQLAMA

Vaqif Əliyev: \"\"Eurovision\" müsabiqəsinin məşvərət qrupuna yalnız hazırda fəaliyyət göstərən otellərin siyahısı təqdim olunub\" - AÇIQLAMA
Gələn Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində Bakıya gələcək nümayəndə heyətininin və media nümayəndələrinin yerləşəcəyi otellərin siyahısı tam təsdiqlənməyib. Bunu SİA-nın sualına cavab olaraq mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev bildirib.


Onun sözlərinə görə, indiki halda yarışmanın məşvərət qrupuna hazırda fəaliyyət göstərən otellərin siyahısı təqdim olunub: "Siyahıya Bakıda fəaliyyət göstərən 2, 3, 4 və 5 ulduzlu otellər daxil edilib. Artıq bu otellərin saytları, onlayn brounlaşdırılması sistemi də hazırdır. Ancaq yarışmaya qədər tikiləcək digər otellər də siyahıya əlavə olunacaq. Hazırda paytaxtda otellərin tikintisi davam edir və hazır olduqdan sonra hər biri bu sistemə daxil olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə