Yaşar Nurinin 60 illik yubileyi qeyd ediləcək

Yaşar Nurinin 60 illik yubileyi qeyd ediləcək
Xalq artisti Yaşar Nurinin 60 illik yubileyi qeyd ediləcək. SİA-nın məlumatına görə, yubiley gecəsi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında həyata keçiriləcək.


Gecədə sənətkarın həyat və yaradıcılığı barədə ətraflı məlumat veriləcək, çəkildiyi filmlərdən və oynadığı tamaşalardan parçalar nümayiş olunacaq.


1974-cü ildə görkəmli rejissor Tofiq Kazımovun dəvəti ilə Milli Dram Teatrının aktyor truppasına qəbul olunan Yaşar Nuri ötən illər ərzində bu sənət ocağının səhnəsində bir çox tamaşalarda yaddaqalan obrazlar yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня