Bolqarıstan da 57-ci “Eurovision” mahnı müsabiqəsində iştirakını təsdiqləyib

Bolqarıstan da 57-ci “Eurovision” mahnı müsabiqəsində iştirakını təsdiqləyib

Keçən il keçirilən \"Eurovision\" mahnı müsabiqəsində finala vəsiqə qazana bilməyən Bolqarıstan gələn il Azərbaycanda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsində iştirak edəcək. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumatına görə, artıq Bolqarıstanın müsabiqə üzrə yayımçısı "BNT" öz milli seçimi üçün mahnı qəbuluna başlayıb.

Milli seçim müxtəlif musiqi və KİV peşəkarlarından ibarət olan ekspertlər qrupu tərəfindən idarə ediləcək. Müxtəlif mahnı və KİV peşəkarlarından ibarət olan xüsusi ekspertlər qrupu dinləmə üçün 60 mahnı seçəcəklər.

30 mahnı dekabrın 12-dən 14-dək keçirilməsi nəzərdə tutulan yarımfinala vəsiqə qazanacaqlar. Bolqarıstan milli finalı isə 2012-ci ilin yanvarın 28-də baş tutacaq.

İştirakçılar öz mahnılarını noyabrın 11-dək təqdim edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə