“Turizm ili” çərçivəsində İsmayıllı rayonunda tədbirlər keçirilib
İsmayıllı rayonunun Mədəniyyət və Turizm, Gənclər və İdman şöbələrinin və Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə gənclər və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "Bu Vətən bizimdir" adlı turist düşərgələri təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, "Turizm ili" çərçivəsində rayonda keçirilən digər tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin və "İctimai" televiziyanın birgə təşkilatçılığı ilə "Yeni gün" proqramı canlı yayınlanıb. Tamaşaçılara folklor və xalq tətbiqi sənət nümunələri, rayonda aparılan quruculuq işləri, turizmin inkişafı və "Sənətkarlıq Paytaxtları" proqramı çərçivəsində görülən işlər barədə məlumat verilib, respublikamızın sənət adamları konsert proqramı ilə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB