Bu gün SSRİ-nin və Azərbaycanın xalq artisti, görkəmli bəstəkar və dirijor Niyazinin anadan olmasının 99-cu ildönümüdür. SİA-nın məlumatına görə, bununla əlaqədar olaraq bu gün Niyazinin mənzil muzeyində xatirə gecəsi keçirilib.
Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı və Bəstəkarlar İttifaqının dəstəyi ilə baş tutub.
Niyazinin mənzil muzeyinin direktoru Rza Bayramov ilk olaraq maestronun 100 illik yubileyinin keçirilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncamı xatırlayıb. Bildirib ki, yubileylə əlaqədar tədbirlər planı hazırlanır. Gələn ilə qədər Niyazinin veb saytı yaradılacaq, əsərlərinin külliyatı nəşr olunacaq, elmi konfrans keçiriləcək. Bundan başqa ən yaxşı dirijorlara Maestro Niyazi Mükafatının təsis olunması da planlaşdırılır.
Rza Bayramov onu da vurğulayıb ki, yubileyin UNESCO səviyyəsində qeyd olunması üçün Mədəniyyət və Turizm Nazirliyi müvafiq təşkilata müraciət edib.
Xatirə gecəsində bəstəkarlardan Azər Dadaşov, Vasif və Ceyhun Allahverdiyev qardaşlarının, Pikə Axundova və Nərminə Nağıyevanın əsərləri səslənib. Niyazinin həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş olunub, ona həsr edilən film və slayd-şou göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB